Azərbaycanı İspaniyanın Barselona şəhərində keçiriləcək "Ironman" məsafəsi üzrə beynəlxalq yarışda təmsil edəcək triatlonçular müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarışda “Tritterra Baku Triathlon Club”unun idmançıları Aleksandr Mordasov, Teymur Fərəcov, Kamil Əliyev, Fəxri Əkbərov, Oleq Kuçerov, İzzət Nəfiyev, Tural Mahmudov və Samir Cavadov iştirak edəcək.
Ironman normasını yerinə yetirmək üçün idmançılar üç sınaqda iştirak edəcəklər. Onlardan 3,8 km məsafədə üzmək, 180 km velosiped sürmək və 42,2 km marafon məsafəsində yürüşdə iştirak etmək tələb olunur.
Qeyd edək ki, oktyabrın 6-da baş tutacaq beynəlxalq turnirdə 60 ölkədən 3000 idmançının iştirakı planlaşdırılır.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı