
Misli Premyer Liqasının XVI turunda üç oyun böyük hesabla nəticələnib.
Apasport.az xəbər verir ki, “Qarabağ” “Sumqayıt”ı 6:1, “Kəpəz” “Qəbələ”ni 3:0, “Sabah” “Səbail”i 4:0 hesabı ilə darmadağın edib.
Turun hər günündə bir matçda üç və ya daha çox top fərqi qeydə alınıb. “Qarabağ”la “Kəpəz” rəqib meydanında, “Sabah” isə evdə bu uğura imza atıb.
Eyni turda üç böyükhesablı nəticənin qeydə alınması mövsümün rekordunun təkrardır. İlk turda da üç fərqli günün hərəsində bir matç belə nəticələnib.
Avqustun 4-6-da keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3, “Səbail” “Sumqayıt”a 1:4 hesabı ilə uduzub. “Sabah” isə “Qəbələ”ni 5 cavabsız qolla üstələyib.
Qeyd edək ki, cari mövsümün 16 turunda 15 matçda böyükhesablı nəticəyə təsadüf olunub. 8 dəfə meydan sahibləri, 7 dəfə qonaqlar qalib gəlib.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL