Birinci Liqa: “Zaqatala”dan darmadağın, MOİK-dən qələbə - YENİLƏNİB
10.04.2025 - 18:22

Bu gün Birinci Liqada XXI turun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, MOİK Binə qəsəbə stadionunda "Cəbrayıl"ı qəbul edib.
Ordu klubu rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
"Baku Sporting" isə səfərdə "Zaqatala" ilə üz-üzə gəlib. 7 qolun vurulduğu matçda ev sahibləri rəqibini 6:1 hesabı ilə darmadağın etməyi bacarıb.
Birinci Liqa
XXI tur
16:00. MOİK - "Cəbrayıl" 2:1
16:00. "Zaqatala" - "Baku Sporting" 6:1
16:30. "Qaradağ Lökbatan" - "Mingəçevir" 0:0
0
0