Boksçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli oldu
30.04.2023 - 21:24
Boksçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli oldu

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, mayın 1-də start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub. 

Yarışın ilk günündə Ümid Rüstəmov (57 kq) və Eldar Quliyev (92 kq) rinqə çıxacaqlar. 

1/32 final
Ümid Rüstəmov (57 kq) – Suleyman Samqhouli (Mərakeş)
Malik Həsənov (63,5 kq) – Bilgə Kanlı (Türkiyə)
Sərxan Əliyev (71 kq) – Dev Nişant (Hindistan)
Mirşərif Kazımzadə (75 kq) – Edvin Ovuor (Keniya)
Murad Allahverdiyev (80 kq) – Şabbos Neqmatullayev (Tacikistan)
Eldar Quliyev (92 kq) – Ahmad Alteymat (İordaniya)

1/16 final
Tural Sarıyev (48 kq) – Al-Jaleel Jokhu (Trinidad və Tobaqo)
Məsud Yusifzadə (51 kq) – Maykl Trindad (Braziliya)/Sehyonq Jo (Cənubi Koreya)
Nicat Hüseynov (54 kq) – P. Hsu (Tayvan)
Tayfur Əliyev (60 kq) – Mirzohid İmamnazarov (Qırğızıstan)
Nəbi İsgəndərov (67 kq) – Ali Habibinejad (İran)
Məhəmməd Abdullayev (+92 kq) – Taeunq Ju (Cənubi Koreya)

1/8 final
Alfonso Dominqes (86 kq) – Kalpana Çoudhari (Hindistan)/Bill Makallister (Avstraliya)

Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın final döyüşləri mayın 13-də və 14-də olacaq. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaq.
 

0