Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürüb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə çıxan Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb.
O, 1/8 final çərçivəsində ukraynalı Tatyana Kravçiki sınağa çəkib. Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın 3-cü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.
Bu gün həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq