Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
10.10.2025 - 18:57
Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”

“Oyunun ağırlığını hamı gözəl başa düşür. Futbolçular da, həmçinin. Amma məncə, oyunçular meydana yaxşı motivasiya ilə çıxacaq və sona qədər mübarizə aparacaq. Başqa yol da yoxdur".

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq forvardı Branimir Subaşiç deyib.

O, yığma komandamızın bugün DÇ-2026-nın seçmə mərhələsinin Fransaya qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb:

"Azərbaycana uğurlar arzulayıram. Ümidvaram ki, hər şey millimiz üçün uğurlu alınacaq və istənilən nəticə qeydə alınacaq. Lakin Fransa millisinin gücünü hamı yaxşı bilir. Çox çətin olacaq. Ayxan Abbasov Ukrayna ilə görüşdə çox yaxşı mübarizə apardı. Hansı ki, millimizə lazım olan elə bu mübarizə idi. Yığmamızın Fransa və Ukrayna ilə çətin iki səfərdən maksimum dərəcədə layiqli şəkildə ayrılacağına ümid edirəm. Azərbaycan millisi böyük komandalara da qarşı layiqli mübarizə aparıb, nəticələr də qazanıb. Ümidvaram ki, bu iki səfər də onlardan olacaq".

Qeyd edək ki, Fransa – Azərbaycan görüşü “Park de Prens” stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.