
“Neftçi”nin sabiq kapitanı Flavinyo apasport.az saytına açıqlama verib.
O, “ağ-qaralar”ın hazırkı durumunu dəyərləndirib:
“Neftçi”ni təbii ki, izləyirəm, maraqlanıram. Bu klub mənim üçün doğmadır, əzizdir. Orda uzun illər oynamışam. Xatirələrim böyükdür. İndi də komandanın nəticələrinə baxıram. Mənim üçün “Neftçi”də yeni heç nə yoxdur. Bu klub uzun illərdir ki, belədir. Təəssüf ki, heç nə dəyişmir.
Komandanın turnir cədvəlindəki mövqeyi, derbilər... Həqiqətən də, üzücü və utancverici vəziyyətdir. Bizim vaxtı ilə ad qoyub getdiyimiz “Neftçi”nin indiki durumu... Çox üzücüdür. Həmin “Neftçi”ni məhv etdilər. Biz o cür komanda qoyub getmişdik, indi Braziliyada mənə “Neftçi” yox, “Qarabağ”dan danışırlar. Bunu demək ağırdır, amma “Neftçi” “öldü”. Təəssüf...”.
Qeyd edək ki, Flavinyo 2010-15-ci illərdə “Neftçi”nin formasını geyinib. O, komanda ilə 3 dəfə Azərbaycan çempionu olub.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”