"Səbail" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vemirdi. Hava şaraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdi. Meydandançın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq.
- "Səbail"də ilk xalınızı keçmiş komandanızdan aldız. Hissləriniz necədir?
- Hər oyun mənim üçün eynidir, rəqibin fərqi yoxdur. "Səbail"də 4-cü matçımdır. İstəyərdim ki, qələbə qazanaq.
- Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"
- 14 il sonra ilk dəfə: Azərbaycan Kuboku üçün yeni sponsor
- Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
- Azərbaycan Kuboku: II təsnifat mərhələsinin təyinatları açıqlanıb
- "Zirə"nin futbolçusu Premyer Liqada 100-cü matçını keçirib