Cəlal Hüseynov "Şamaxı"da da qalmayacaq - Özəl
23.12.2024 - 15:39
Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun taleyinə aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, o, "Şamaxı"da da çox qalmayacaq.
Belə ki, müdafiəçi icarə əsasında maksimum mövsümün sonuna qədər bölgə klubunda çıxış edəcək. "Şamaxı" Premyer Liqada qalsa da, Hüseynov yayda "Arda"ya qayıdacaq.
Yeni sezon toplanışına “Arda”da başlayacaq Hüseynovun 2 variant olacaq, ya məxsus olduğu klubda qalmaq, ya da Misli Premyer Liqasında yarışan iddialılardan birinə keçmək.
Qeyd edək ki, Cəlalın "Arda" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
0
0