"Çelsi"nin hücumçusu yenidən ZƏDƏLƏNDİ
07.01.2024 - 18:43
"Çelsi"nin hücumçusu yenidən ZƏDƏLƏNDİ

"Çelsi"nin hücumçusu Kristofer Nkunku yenidən zədələnib.

Apasport.az xəbər verir ki, 1 gün öncə 26 yaşlı forvard məşqdə bud nahiyəsindən zədə aldığı üçün İngiltərə Kuboku matçını buraxıb.

Məlumata görə, Nkunku təxminən 3 həftə oyunları buraxacaq.

Yayda 60 milyon avroya "Çelsi"yə transfer olunduqdan sonra Nkunku London klubunda cəmi 4 oyun keçirib.

0