Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, ikinci gündə 4 kişi, 1 qadın idmançımız yarışıb.
Bir gün əvvəl olduğu kimi, bu dəfə də cüdoçularımız medalsız qalıb.
Kişilər
73 kq
Mübarizəyə 1/16 finaldan başlayan Rüstəm Orucov ilk rəqibi Denislav İvanova (Bolqarstan) şans verməyib. Avropa çempionumuz növbəti mərhələdə İdo Levinlə qarşılaşıb. 3 dəfə “Böyük Dəbilqə”nin qalibi an Orucov israilli rəqibinə uduzaraq, 4-cü dəfə bunu təkrarlamağı bacarmayıb.
Bu çəkidəki digər təmsilçimiz Telman Vəliyev də yarışa uğurlu start götürməsinə baxmayaraq, bunun davamını gətirə bilməyib. Təsnifat Coşua Qrinə (İrlandiya) qalib gələn 28 yaşlı cüdoçu 1/16 finalda Finlandiya idmançısı Turpal Cukaevə yenilərək, medal şansını itirib.
81 kq
Təsnifat mərhələsində Jim Heyjmana (Niderland) qalib gələn Elcan Hacıyev isə 1/16 finalda Nikolas Kilardla bacarmayıb. 19 yaşlı Hacıyev fransalı rəqibinə məğlub olaraq, mübarizəni dayandırıb.
81 kq çəkidə çıxış edən digər cüdoçumuz Murad Fətiyev də təsnifat səddini uğurla keçib. Gənc idmançımız Konqo Demokratik Respublikasından olan Kedrik Kalonqanı məğlub edib. Fətiyev də növbəti rəqibi olan Giorgi Şerazadişviliyə (Gürcüstan) məğlub olub.
Qadınlar
70 kq
70 kq-da yer alan Günel Həsənli 1/16 finalda Lidya Brançevaya (Bolqarıstan) məğlub olaraq mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, dünən tatamiyə çıxan 7 cüdoçudan heç biri medal qazana bilməyib.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb