İsveçrənin Lozanna şəhərində keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarının püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxış edəcəyi sıra nömrəsi bəlli olub.
2003-05-ci il təvəllüdlülərin qatıldığı Olimpiadada qızların mübarizəsində 16 iştirakçı mübarizə aparacaq. Onlar bu gün qısa proqramda qüvvələrini sınayacaqlar.
İştirakçılar 3 qrupa bölünüblər. Nisbətən zəiflərin yer aldığı ilk “beşlik” daha tez buz üzərinə çıxacaq. Ardınca daha 5 idmançı bacarığını nümayiş etdirəcək. Mükafatlara iddialılardan rusiyalı Anna Frolova bu qrupda sonuncu olaraq sürüşəcək.
Digər favoritlər sonuncu qrupda çıxış edən 6 idmançıdır. Onlar arasında Azərbaycan təmsilçisi Y.Ryabova da olacaq. O, buz üzərinə qrupda 3-cü, ümumilikdə 13-cü çıxacaq.
A.Frolova və Y.Ryabova ilə yanaşı, medallara iddialı hesab olunan digər rusiyalı Kseniya Sinitsina 11-ci, koreyalı “üçlü aksel”i ilə həmyaşıdlarını üstələyən cənubi koreyalı Younq Yu 15-ci olaraq tamaşaçılar önünə çıxacaq.
Qeyd edək ki, qızların yarışı Bakı vaxtı ilə 19:10-da start götürəcək. Y.Ryabovanın çıxışı 21:05-21:12 aralığında gözlənilir.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib