“Menecer kimi hər zaman güclü, ambisiyalı idmançılarla çalışmaq istəmişəm”.
Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyevin meneceri Sayad Əbdürəhmanov deyib.
O bu gün təşkil edilən mətbuat konfransında bildirib ki, azərbaycanlı idmançıların UFC kimi yarışlarda iştirak etməməsi onların günahı deyil. Əbdürəhmanov ölkəmizdə kifayət qədər güclü idmançıların olduğunu söyəyib: “Azərbaycanda potensiallı, güclü idmançı çoxdur. Tofiq Musayev, Nəriman Abbasov, Rafael Ağayev kimi idmançıları misal göstərə bilərəm. İnanıram ki, azərbaycanlı idmançılar da bu sahədə öz sözlərini deyə biləcəklər”.
Qeyd edək ki, UFC döyüşçüsü Rafael Fiziyev Bakıda səfərdədir.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib