Azərbaycan şahmatçısı Rauf Məmmədov FİDE bayrağı altında yarışlarda iştirakdan imtina edib.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb.
Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FİDE rəhbərliyinin hadisələrə mövqeyinə etirazını feysbuk səhifəsində açıqlayıb: “Söz verirəm ki, FİDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!”.
Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır. FİDE prezidenti isə rusiyalı Arkadi Dvarkoviçdir.
- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb