Cüdo Federasiyasından viktorina
19.01.2023 - 21:35
Cüdo Federasiyasından viktorina

Azərbaycan Cüdo Federasiyası cüdo sevərlər üçün uduşlu viktorina elan edib.

Apasport.az xəbər verir ki, 24-27 yanvar tarixlərində keçiriləcək U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin hər yarış günü Azərbaycan Cüdo Federasiyası tərəfindən 5 ədəd cüdo geyimi (cüdoqi) dəsti hədiyyə olunacaq.

Viktorinaya qoşulmaq üçün yaş məhdudiyyəti yoxdur. Qaliblər yarışın final görüşləri ərəfəsində açıqlanacaq.

Viktorinaya qoşulmaq üçün şərtlər sadədir. Federasiyanın bu barədə sosial şəbəkədəki paylaşımının şərh bölməsinə ad, soyad, ata adı və mobil nömrənin son 4 rəqəmini 24 yanvar saat 00:00-a qədər yazılmalıdır.

Qalib olmaq üçün adı açıqlanan şəxsin həmin vaxt Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində olması və şəxsiyyət vəsiqəsinin üzərində olması vacibdir.

 

0