Daha bir Türkiyə klubu Juninyo ilə maraqlanır
11.03.2024 - 10:21
![Daha bir Türkiyə klubu Juninyo ilə maraqlanır](https://apasport.az/storage/news/2024/march/11/big/65eea3e3dac6d65eea3e3dac6e171013833965eea3e3dac6b65eea3e3dac6c.jpg)
"Beşiktaş"ın idman direktoru Samet Aybaba martın 14-də UEFA Avropa Liqasının cavab oyunu çərçivəsində keçiriləcək "Bayer" - "Qarabağ" matçını seyr etmək üçün Almaniyaya yollanacaq.
Apasport.az xəbər verir ki, klub rəsmisi "köhlən atlar"ın hücumçusu Oliver Juninyonu tribunadan izləyəcək.
Eyni zamanda o, Leverkuzen təmsilçisinin 2 futbolçusu - Borxa İqlesias və Timoti Fosu-Mensahla da maraqlanacaq.
Qeyd edək ki, braziliyalı ulduzla daha öncə Türkiyənin "Fənərbaxça" klubu da maraqlanıb.
0
0