İran millisinin hücumçusu Sərdar Azmun yığma karyerasını bitirdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, instaqram hesabında bu barədə paylaşım edib.
“Yığmada oynamaq üçün mənim üçün şərəf idi. Həyatımın sonuna kimi buna görə fəxr edəcəm. Təəssüf ki, iradəmin əleyhinə gedərək, millidəki karyeramı bitirmək qərarına gəldim. Bu, 23 yaşlı futbolçu üçün olduqca çətin qərardı. Ancaq səbəblərim var. Xəstə anamın vəziyyətinin pisləşməsi məni belə bir seçimə vadar etdi və mən anamı seçdim” – deyə, o, qeyd edib.
Qeyd edək ki, dünya çempionatında üç matçda meydana çıxan və fərqlənə bilməyən İran millisinin əsas qol silahı Sərdar Azmun bu səbəbdən tənqidlərə məruz qalırdı. Tənqidlər nəticəsində forvardın anasının vəziyyəti pisləşib.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub