Məşhur müğənni Robbi Uilyams Rusiyada keçiriləcək dünya çempionatının açılış mərasimində səhnəyə çıxacaq. Apasport.az-ın FIFA-nın saytına istinadən məlumatına görə, onu opera ifaçısı Aida Qarifullina və iki qat dünya çempionu Ronaldo müşayiət edəcək.
“Yenidən Rusiyaya gedəcəyim üçün xoşbəxtəm. Bu dəfə məqsəd başqadı. Unikal performans üçün səhnədə olacam. Həyatda çox şeyə nail olmuşam. Ancaq tribunalardakı 80 min və televiziyalar önündəki milyonlarla insanın qarşısında çıxış etmək... – bu, uşaqlıq arzusudu” – deyə, Robbi Uilyams fikirlərini bölüşüb.
Açılış mərasiminin prodüseri “Birinci kanal” olacaq. Şounun konseptini isə Feliks Mixaylov hazırlayıb.
Mərasim Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub