İspaniya millisinin qapıçısı David De Xea antirekordla diqqət çəkir. Apasport.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, qolkiper mundialda hələ də “seyv” etməyib.
Qrup mərhələsinin ilk iki turunda çərçivədə dayanan 33 qapıçı arasında yalnız De Xea qurtarış edə bilməyib. Portuqaliya ilə ilk tur matçında çərçivəyə gələn 3 topun hamısı qolla nəticələnibsə, Kriştianu Ronaldonun ikinci qolunda qapıçının kobud səhvi müzakirə mövzusuna çevrilib. İranla qarşılaşmada isə rəqib onu bir dəfə də olsun narahat etməyib.
Ən çox qurtarış edən qapıçı hələlik meksikalı Gilyermo Oçoadı. O, 14 “seyv”lə Danimarka yığmasının “1 nömrəsi” Kasper Şmeyxeli (10 qurtarış) qabaqlayır.
Dünya çempionatında qol buraxmayan qapıçılar isə Fernando Muslera (Uruqvay) və Daniel Subaşiçdi (Xorvatiya).
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb