[b]DÇ-2018: Belçika - DOSYE[/b]
06.06.2018 - 14:31
[b]DÇ-2018: Belçika - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 8 gün qalır. Növbəti dosye Belçika millisi haqqındadı.

Belçika

FIFA sıralaması: 3-cü yer

Dünya çempionatlarında iştirak sayı: 12 (1930, 1934, 1938, 1954, 1970, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2014)

Dünya çempionatlarında oyun sayı: 41 (14 qələbə, 9 heç-heçə, 18 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 52-66

Ən yaxşı nəticə: Dördüncülük (1986)

Dünya çempionatlarında ən çox oyun keçirən belçikalı futbolçu: Enço Şifo – 17 oyun (1986, 1990, 1994, 1998

Dünya çempionatlarında ən çox qol vuran belçikalı futbolçu: Mark Vilmots – 5 qol (1998 (2), 2002 (3) )

Baş məşqçi

Roberto Martines: 44 yaş (13.07.1973)

Roberto Martines 2016-cı ilin avqustunda Mark Vilmotsdan boşalan baş məşqçi postuna təyinat alıb. Komandanın başında çıxdığı ilk matçda Belçika İspaniyaya 0:2 hesabı ilə məğlub olub. Ümumilikdə, Belçikaya 18 matçda rəhbərlik edən Martines bu matçların 12-də (66.7%) qələbəyə sevinib. O, daha öncə “Suonsi”, “Uiqan” və “Everton” klublarını çalışdırıb.

Ulduz

Eden Azar: 27 yaş (07.01.1991)

Azar ilk dəfə Rene Vandereyken tərəfindən 2008-ci ilin noyabrında Lüksemburqla oynanılan matç üçün əsas yığmaya çağrılıb. 10 ilə yaxın müddətdi ki, “qırmızı şeytanlar”ın şərəfini qoruyan 27 yaşlı futbolçu meydana çıxıdığı 83 matçda 21 dəfə rəqib qapılarına yol tapıb. Təsnifat mərhələsində 6 qol, 5 məhsuldar ötürmə ilə Belçikanın uğurunda böyük pay sahibi olan Eden Azar heç şübhəsiz komandanın mundialda da əsas ümididi.

 

Dünya çempionatına gedən yol: Həlledici məqamlar

2016-cı il, oktyabr

Belçika Brüsseldə qrupdakı əsas rəqiblərindən olan Bosniya və Herseqovinanı darmadağın edir – 4:0.

2017-ci il, avqust

Yunanıstan və Cəbbəlütariqlə oyunlar ərəfəsində Roberto Martinesin Radja Nainqqolanı heyətdən çıxarması medianın ona qarşı olan təzyiqinin artmasına səbəb olur.

2017-ci il, sentyabr

Belçika Afinada ev sahiblərini 2:1 hesabı ilə məğlub edərək, cari təsnifat mərhələsində Avropadan dünya çempionatına vəsiqəni təmin edən ilk yığma komanda olur.

2017-ci il, oktyabr

Əvvəlcə Sarayevoda Bosniya və Herseqovinanın, ardınca isə evdə Kiprin qapısına 4 qol vurulur. Beləliklə, Belçika Almaniyanın təsnifat mərhələsindəki qol rekorduna – 43 qol – ortaq olur.

 

Dünya çempionatına hazırlıq

Mundiala hazırlıq məqsədilə 4 yoldaşlıq görüşü planlaşdıran Belçika millisi Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə darmadağın etsə də, Portuqaliya ilə oyunda qolsuz bərabərlik qeydə alınıb. Rafael Martinesin yetirmələrini qarşıda Misir və Kosta-Rika ilə görüşlər gözləyir.

Dünya çempionatı

İngiltərə dünya çempionatında Belçika, Panama və Tunislə birlikdə G qrupunda mübarizə aparacaq.

 

Qrup mərhələsi

G qrupu

I tur

18 iyun

19:00. Belçika – Panama

“Fişt”, Soçi

 

II tur

23 iyun

16:00. Belçika – Tunis

“Otkrıtıe Arena”, Moskva

 

III tur

28 iyun

22:00. İngiltərə - Belçika

Kalininqrad şəhər stadionu, Kalininqrad

 

Yekun iştirak ərizəsi

Qapıçılar: Koen Kastels ("Volfsburq", Almaniya), Tibo Kurtua (“Çelsi”, İngiltərə), Simon Minyole (“Liverpul, İngiltərə);

Müdafiəçilər: Tobi Alderveyreld, Yan Vertongen (hər ikisi “Tottenhem”, İngiltərə), Dedrik Boyata (“Seltik”, Şotlandiya), Vensan Kompani (“Mançester Siti”, İngiltərə),  Tomas Mönye (PSJ, Fransa), Tomas Vermalen (“Barselona”, İspaniya);

Yarımmüdafiəçilər: Naser Çadli ("Vest Bromviç", İngiltərə), Kevin De Bröyne (“Mançester Siti”, İngiltərə), Musa Dembele (“Tottenhem”, İngiltərə), Leander Dendonker (“Anderlext”), Maruan Fellaini (“Mançester Yunayted, İngiltərə), Adnan Yanuzay ("Real Sosyedad", İspaniya), Yuri Tilemans (“Monako”, Fransa), Aksel Vitsel (“Tiançjin Quanyan”, Çin);

Hücumçular: Mişi Batşuayi (“Borussiya”, Dortmund, Almaniya), Yannik Karrasko (“Dalian Yifanq”, Çin), Eden Azar (“Çelsi”, İngiltərə), Torqan Azar (“Borussiya”, Mönhenqladbax, Almaniya), Romelu Lukaku (“Mançester Yunayted”, İngiltərə), Dris Mertens (“Napoli”, İtaliya).