Misir yığmasının baş məşqçisi Ektor Kuper tutduğu postdan azad edilib. Apasport.az-ın Misir Futbol Federasiyasının saytına istinadən məlumatına görə, tam tərkibli iclasdan sonra bu yöndə qərar alınıb.
“Rusiyadan qayıtdıqdan sonra görüş keçirdik və hamılıqla Ektor Kuper və məşqçi heyəti ilə sağollaşmaq qərarına gəldik. Məşqçinin işini yüksək qiymətləndiririk. Onun sayəsində 3 il sonra Afrika Millətlər Kubokuna, 28 il sonra isə dünya çempionatına vəsiqə qazandıq” – deyə, bəyanatda qeyd olunub.
Xatırladaq ki, Misir yığması Ektor Kuperin rəhbərliyi altında dünya çempionatı çərçivəsində çıxdığı hər üç görüşdə (Rusiya, Uruqvay, Səudiyyə Ərəbistanı) məğlub olmuşdu.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub