“OneFactor” şirkətinin analitikləri süni intellekt sisteminə əsaslanan “smartindex” bazası əsasında Rusiyada keçirilən dünya çempionatına yollanan azarkeşlər arasında hansı smartfonların daha məşhur olduğunu müəyyənləşdirməyə çalışıblar. Apasport.az saytının ixbt.com-a istinadən məlumatına görə, “iPhone X”, “iPhone 7” və “iPhone 6” sıralamaya başçılıq edir.
180 min könüllü arasında keçirilən sorğunun nəticələrinə əsasən, “iPhone X” istifadəçilərinin sayı təxminən 10 min nəfərdi. “iPhone 7” və “iPhone 6”nı isə təqribi eyni sayda – ortalama 7 min insan işlədir.
Səudiyyə Ərəbistanından gələn azarkeşləri ən zəngin hesab etmək olar. Belə ki, hər 5 ərəbdən 1-i “iPhone X” istifadə edir. “Samsung Galaxy J2” telefonuna daha çox üstünlük verən seneqallı fanatları isə bu mənada ən kasıb azarkeşlər adlandıra bilərik.
Bəzi ölkələr və onların azarkeşləri arasında populyar olan smartfonlar:
Səudiyyə Ərəbistanı - "iPhone X" (azarkeşlərin 20%-də);
Braziliya - "iPhone 7" (12%);
Peru - "iPhone 7" (11%);
Avstraliya - "iPhone 6" (9,5%);
Argentina - "iPhone X" (9%);
Seneqal - "Samsung Galaxy J2" (9%);
Cənubi Koreya - "Samsung Galaxy S7" (7%);
Tunis - "Samsung Galaxy J5" (4%).
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub