“Ən yaxşı oyunçu bizim komandadır”. Apasport-un xüsusi müxbiri Fərid Əkbərovun verdiyi xəbərə görə, bunu İqor Akinfeyev deyib.
DÇ-2018-in 1/8 final mərhələsində İspaniya ilə qarşılaşan Rusiya millisi əsas vaxtı 1:1 hesabı ilə bitən oyunda penaltilər seriyasında qalib gələrək 1/4 finala yüksəliblər.
Matçın ən yaxşı oyunçusu seçilən rusiyalı qapıçı qarşılaşma başa çatdıqdan sonra mətbuat konfransında fikirlərini qısaca bölüşüb: “İspanlar da yaxşı oynadı, lakin biz qalib gəldik”.
Qeyd edək ki, penalti seriyasında Aspas və Kokenin zərbələrində qola icazə verməyən Akinfeyev komandasının qələbəsində əsas rol oynayıb.