DÇ-2018 öncəsi son hazırlıqlarını tamamlayan Argentina millisi ziyafətdə toplanıb. Apasport.az saytının məlumatına görə, komanda kapitan Lionel Messinin restoranında bir araya gəlib.
Əslində birlikdə ziyafət fikri baş məşqçi Xorxe Sampaolinin fikri olsa da, Leo komanda yoldaşlarını Barselonada yerləşən özünün və qardaşlarının idarə etdiyi “Bellavista del Jardín del Norte” restoranına çağırıb.
Məclis əvvəlcədən planlaşdırılmadığı üçün oyunçuların qəfildən restoranda peyda olması yerli əhali və şəhərin qonaqları tərəfindən təəccüblə qarşılanıb.
Qeyd edək ki, Argentina yığması şənbə günü Rusiyaya yola düşəcək. “Tanqoçular” iyunun 16-da qrupdakı ilk matçını İslandiyaya qarşı keçirəcək.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub