Rusiyada keçirilən dünya çempionatında yeni rekord vurulub. Apasport.az saytının məlumatına görə, mundiallar tarixində 1 yarışda qeydə alınan penaltilər sayı yenilənib.
Bu, B qrupunun III turu çərçivəsində keçirilən İran - Portuqaliya qarşılaşmasında rəsmiləşib. Matçdakı 11 metrlik cərimə zərbəsi sayca 19-cu olub.
Bununla da dünya çempionatlarında penaltilər sayının rekordu qırılıb. DÇ-2018-dək 1990-cı ildə İtaliyada, 1998-ci ildə Fransada və 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən analoji yarışlarda hakimlər 18 dəfə penalti təyin etmişdilər. Bu dəfə isə qrup mərhələsi yekunlaşmamış say 19-a çatıb.
Qeyd edək ki, DÇ-2018-də 19 penaltidən yalnız 14-ü qol olub.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb