DÇ-2018-də ikinci turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün G və F qruplarında keçirilən 3 matçla ikinci tura start edilib.
Belçika – Tunis görüşündə komandasının 5:2 hesablı qələbəsinə 2 qolla töhvə verən Romelu Lukaku bombardirlər yarışında zirvəyə şərik olub.
Belə ki, İspaniya ilə matçda het-trik edib, Mərakeşi də bir dəfə məyus edən Ronaldo bu matça qədər zirvədə tək idisə, Lukaku Panama ilə matçda və son qarşılaşmada iki dəfə fərqlənməklə qollarının sayını 4-ə çatdırıb.
Qolçuların yarışında sonrakı yerlərdə hərəyə 3 qol vuran Dieqo Kosta (İspaniya) və Denis Çerışev (Rusiya) gəlir.
Qeyd edək ki, bu gün DÇ-2018-də daha 3 qarşılaşma baş tutacaq.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub