[b]DÇ-2018: Rusiya millisinin mükafat məbləği açıqlandı[/b]
08.06.2018 - 00:03
Rusiya millisinin oyunçularının dünya çempionatı vaxtı nə qədər mükafat qazanacaqları açıqlanıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız ev sahibliyi etdiyi mundialda hər qələbəyə görə adambaşına 15 min, heç-heçəyə isə 7500 avro mükafat əldə edəcəklər.
Bu sistem Stanislav Çerçesov baş məşqçi təyin olunduğu vaxtdan qüvvədədir. Mundial üçün bəzi əlavə bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, Çerçesovun rəhbərliyi altında Rusiya millisi meydana çıxdığı 18 yoxlama matçında 5 qələbə, 6 heç-heçə və 7 məğlubiyyətə imza atıb.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0