Peru millisinin hücumçusu Cefferson Farfan qrup mərhələsinin üçüncü turu çərçivəsində Avstraliya ilə oynanılacaq matçda meydana çıxa bilməyəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu instaqram hesabında başındakı zədə səbəbindən oynamasının mümkün olmadığını açıqlayıb.
“Dəstəyinizə görə təşəkkür edirəm. Allaha şükürlər olsun ki, vəziyyətim stabildi. Ailəmlə birlikdəyəm. Artıq sağlamlığım və bərpa prosesim barədə düşünmək zamanıdı. Sonuncu oyunda komanda yoldaşlarımın yanında olmağı çox istəyərdim, ancaq həkimlər oynamağımı məsləhət görmədilər. Xəstəxanadan millini dəstəkləyəcəm. Komanda, bizi sevindirəcəyinizə inanıram” – deyə, o qeyd edib.
Xatırladaq ki, Peru yığması ilk iki oyundakı məğlubiyyətlərin ardından qrupdan çıxmaq şanslarını itirib.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub