[b]DÇ-2018: Yaponiyanın Belçika üzərində üstünlüyü[/b]
02.07.2018 - 12:00
[b]DÇ-2018: Yaponiyanın Belçika üzərində üstünlüyü[/b]

DÇ-2018-in 1/8 final mərhələsinin bu gün keçiriləcək Belçika – Yaponiya qarşılaşması rəqiblər arasında 6-cı duel olacaq. Apasport.az saytının məlumatına görə, yığmalar indiyədək 5 dəfə üz-üzə gəlib.

 

Maraqlıdı ki, əvvəlki görüşlərdə üstünlük Asiya təmsilçisinin tərəfindədi. Yaponiyalılar 2 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə uduzub.

 

2009-cu ildəki duel isə belçikalıların acınacaqlı məğlubiyyəti ilə başa çatıb – 0:4. Bu üzdən də yaponlar top fərqində də böyük fərqlə öndədi – 9:5.

 

Bu 5 qarşılaşmadan 3-ü yoxlama görüşü, 1-i yoldaşlıq xarakterli Kirin kubokunda baş tutubsa, bir matç mundiala təsadüf edib. 2002-ci ildəki qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

 

tarix

oyun

hesab

turnir

03.06.1999

Yaponiya - Belçika

0:0

Kirin kuboku

04.06.2002

Yaponiya – Belçika

2:2

31.05.2009

Yaponiya – Belçika

4:0

Yoxlama oyunu

19.11.2013

Belçika - Yaponiya

2:3

Yoxlama oyunu

14.11.2017

Belçika - Yaponiya

1:0

Yoxlama oyunu

 

0