DÇ-2018-in bombardirlər yarışında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, oyun gününə 4 qolla şərikli lider kimi girən Romelu Luakaku (Belçika) və Kristiano Ronaldo (Portuqaliya) zirvədəki yerlərini təhvil verməli olublar.
Belə ki, hazırda davam edən İngiltərə - Panama matçında 3 qol vuran Harri Keyn ümumi qollarının sayını 5-ə çatdıraraq birinci pilləyə yüksəlib. “Tottenhem”in forvardı bununla da bombardirlər yarışında liderliyi ələ alıb.
Qeyd edək ki, qrup mərhələsinin 3-cü turunda Lukaku və Keyn Belçika və İngiltərə millilərinin heyətində bir-birilərinə rəqib olacaqlar.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb