[b]DÇ-2018: Yığmadan qovuldu, ölkəsinə döndü[/b]
18.06.2018 - 19:48
Xorvatiya yığmasında şok ayrılıq baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Nikola Kaniliç millidən qovulub.
Buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışı olub. Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.
Xorvatiya Futbol Federasiyası bu hərəkətinə görə, Kaliniçi yığmadan qovub. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0