
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qurumun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” görüşündəki mübahisəli epizodu şərh edib.
Mütəxəssis bildirib ki, hakimin qərarı doğrudur: “Neftçi”nin hücumu zamanı bu komandanın 9 nömrəli futbolçusu Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur, bu zaman “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir.
Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi".
Qeyd edək ki, görüş "Neftçi"nin qələbəsi ilə nəticələnib - 1:0.
- Faiq Hacıyev: "Davamlı olaraq milliyə dəvət olunmaq istəyirəm"
- “Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
- "Qəbələ" De Blekeri axtarır: "Görəsən bu epizodu görüb?"
- "Atletik" - "Qarabağ" matçının hakimi açıqlanıb
- Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı