Deku "İmişli"də - RƏSMİ
28.08.2026 - 17:06
Deku "İmişli"də - RƏSMİ

"İmişli" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Anqoladan olan Fransişku Moraişlə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Deku ləqəbli futbolçu ötən mövsüm Portuqaliyanın “Alverka“ klubunun B komandasında 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.