Derbidə 200-cü qol
09.10.2023 - 10:54
Derbidə 200-cü qol

Misli Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında vurulan hər iki qol yubileylə əlamətdar olub. 

Apasport.az xəbər verir ki, Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi görüşdə həm iki komanda arasındakı Azərbaycan derbilərinin, həm də mövsümün əlamətdar qolu vurulub.

Hesabı açan Olavio Juninyo “Neftçi” və “Qarabağ”ın Azərbaycan çempionatlarındakı duellərində 200-cü qolun müəllifi olub. 92 dəfə üz-üzə gələn rəqiblərin oyunlarında artıq 201 qol qeydə alınıb. Ağdam klubu 118, “Neftçi” 83 dəfə fərqlənib. Derbilərin orta məhsuldarlığı 2,18-dir.

Redon Cicanın bakılıların qapısından keçirdiyi top isə mövsümdə 100-cü olub. I dövrənin baş tutan 44 matçında 100 qol vurulub. Orta məhsuldarlıq 2,27-yə bərabərdir.
 

0