Diniyev oynadı, komandası qalib gəldi
09.03.2025 - 20:53

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Çorum" növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, yeni baş məşqçi Tuncay Şanlının rəhbərliyi ilə ilk matçına çıxan komanda Türkiyə I liqasının XXIX turu çərçivəsində səfərdə liderlər qrupunda yer alan "Gənclərbirliği"nə qalib gəlib - 2:1.
Oyunu əvəz olunmadan keçirən Diniyev 38-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, xalını 42-yə yüksəldən "Çorum" hazırda 8-ci pillədə qərarlaşıb.
- AFFA rəsmiləri Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
- Slavik Alxasov: "Qərar verilib, bununla barışmalıyıq"
- Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir"
- "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il
0
0