Dövrəyə derbi ilə yekun vurulur
08.10.2023 - 01:00
Dövrəyə derbi ilə yekun vurulur

Bu gün Misli Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşündə “Neftçi” və “Qarabağ” qarşılaşacaqlar.

Ölkənin iki ən titullu komandasının dueli böyük maraqla gözlənilir. Hələ də arzuolunan səviyyədə çıxış etməyən “Neftçi” Adrian Mutunun rəhbərliyi ciddi imtahan verəcək. Avropa Liqasında çətin səfərdən dönən “Qarabağ” isə əsas rəqibi ilə oyunda üç xal hədəfləyib. Hər iki komanda lider “Zirə”dən geri qalmamaq üçün qələbə qazanmağı hədəfləyib.

Son turların uğursuzları Sumqayıtda üz-üzə gələcəklər. Meydan sahiblər 5, “Kəpəz” isə 7 oyundur qələbə qazana bilmir. 

Qeyd edək ki, X tur oktyabrın 20-22-də keçiriləcək.

Misli Premyer Liqası
IX tur
8 oktyabr (bazar)
16:30. “Sumqayıt” – “Kəpəz”
Baş hakim:
Emin Əliyev
Kapital Bank Arena

19:30. “Neftçi” – “Qarabağ” 
Baş hakim:
Rəşad Əhmədov
Neftçi Arena

N Klublar O Q H M T-F X
1 Zirə 9 6 1 2 9-5 19
2 Səbail 9 5 2 2 15-11 17
3 Qarabağ 8 5 1 2 16-6 16
4 Araz-Naxçıvan 9 4 2 3 9-9 14
5 Neftçi 8 3 3 2 7-5 12
6 Turan Tovuz 9 3 2 4 12-11 11
7 Sumqayıt 7 2 2 3 7-10 8
8 Sabah 8 1 4 3 11-12 7
9 Qəbələ 9 2 1 6 6-16 7
10 Kəpəz 8 1 2 5 5-12 5

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 5 qol, Aleksandr Ramalinqom ("Səbail") - 4 qol

0