Dumana görə təxirə salınan matçın vaxtı bəlli olub
03.02.2026 - 00:09
Misli Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün oyun cədvəli bəlli olub.
Apasport.az xəbər verir ki, qarşılaşma fevralın 24-də, saat 15:00-da start götürəcək.
Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, matç güclü duman səbəbindən təxirə salınmışdı.
24 fevral (çərşənbə axşamı)
“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu, 15:00
0
0