“Yaxşı çıxış etdik, oyunu nəzarətdə saxlamışdıq. Amma adi vəziyyətdə qapımıza penalti təyin olundu”. Apasport.az saytının xüsusi müxbirinin Moskvadan verdiyi məlumata görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.
DÇ-2018-in final matçında Fransa ilə qarşılaşan “damalılar”ın çalışdırıcısı məğlubiyyəti dəyərləndirib.
O, mətbuat konfransında fikirlərini bölüşüb: “Dünya çempionatı kimi bir turnirdə hakimlər belə vəziyyətdə penalti vermirlər. Amma nə etmək olar? Mən adətən hakimlərin qərarını müzakirə etmirəm. Çox təəssüflənirəm. Oyunçularıma da dedim ki, onlarla qürur duyuram”.
Bundan sonrakı planları ilə bağlı danışarkən Daliç hələlik istirahət etmək fikrində olduğunu söyləyib: “Son bir neçə ayı gərgin rejimdə işlədim. Heç vaxt təcili qərar vermirəm. Xorvatiyaya qayıdıb istirahət etməkdən başqa heç nə düşünmürəm”.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub