Dünya reytinqi: "Qarabağ" gerilədi, "Zirə"nin mövqeyi dəyişmədi
10.02.2025 - 09:44
Dünya reytinqi: "Qarabağ" gerilədi, "Zirə"nin mövqeyi dəyişmədi

"Qarabağ" dünya reytinqində 6 pillə geriləyib.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bildirilib.

Ağdam təmsilçisi hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən "Zirə" (103,25 xal) 208-ci sıradadır.

14 pillə geriləyən "Sabah" (61 xal) 400-cü, 5 sıra geriləyən "Turan Tovuz" (53,75 xal) isə 499-cu ola bilib.

Qeyd edək ki, 504 komandanın yer aldığı siyahıya İspaniya təmsilçisi "Real" başçılıq edir - 481 xal.

0