Ehtiram Quliyev: "Çempionat çətindir, amma inanıram ki, bizdə potensial var"
22.01.2026 - 17:39
Ehtiram Quliyev: "Çempionat çətindir, amma inanıram ki, bizdə potensial var"

"Hədəfimiz, məqsədimiz dəyişməyib".

Apasport.az xəbər verir ki, bunu "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev futbolçularla görüşü zamanı deyib. 

O, Azərbaycan çempionatının II dövrəsində komandasına uğurlar arzulayıb: 

"Çempionat çətindir, amma inanıram ki, bizdə potensial var. Ona görə, həm kubokda, həm liqada hədəfimiz maksimumdur. Hamınıza uğurlar arzulayıram".