Əlcəzair millisinin sabiq yarımmüdafiəçisi “Qarabağ” üçün Bakıda
26.01.2023 - 11:49
“Qarabağ”ın heyətinə qatmaq istədiyi “Fənərbaxça”nın sabiq futbolçusu Yassin Benzia Bakıya gəlib.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu ilə razılıq əldə edən Əlcəzair millisinin sabiq yarımmüdafiəçisi bu gün tibbi müayinədən keçəcək.
Əgər hər hansı bir problem yaranmazsa, yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanılacaq.
Qeyd edək ki, Fransanın aşağı yaş qruplarında oynayan Benzia bu ölkədə “Lion”la “Lill”, Yunanıstanda “Olimpiakos”da da çıxış edib. O, Türkiyədə isə “Fənərbaxça” ilə yanaşı, “Hatayspor”un da şərəfini qoruyub.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
0
0