Elmar Baxşıyev: "Bilirdik ki, bizi ağır oyun gözləyir"
07.10.2023 - 18:44
Elmar Baxşıyev: "Bilirdik ki, bizi ağır oyun gözləyir"

"Bilirdik ki, bizi ağır oyun gözləyir. "Səbail" yaxşı təşkilatlanmış komandadır. Hissələri ayrı-ayrılıqda dəyərləndirsək, böyük üstünlüyə sahib idik, çoxlu qol epizodlarına girdik. Əfsuslar olsun ki, son nöqtəni qoya bilmədik. Ağır məğlubiyyətdir. Çünki belə oyunla uduzmamalıydıq. Futbolun yazılmamış qanunu var, bu qədər epizodu vurmayacaqsansa, sonda rəqibə də şans verəcəksən".

Apasport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 9-cu turunun "Səbail"lə (0:1) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Son nöqtəni qoya bilməməyinizi necə şərh edərdiniz? Oyunçularınızın səviyyəsi çatmadı?
- Xeyr, səviyyə ilə əlaqələndirməzdim. Sadəcə, hansısa epizod olur ki, orada soyuqqanlılıq nümayiş etdirmək lazım gəlir. Son oyunlar göstərir ki, çoxsaylı qol epizodları yaradırıq. Amma soyuqqanlılıq çatmır ki, onları dəyərləndirək. Daha çox üzərində dayanılası epizodlar var ki, işləyirik. İnanıram ki, sonluğu da gətirəcəyik.

- Sizcə, bu gün futbolun ədalətsizliyini gördük?
- Oyunun keyfiyyətinə görə,böyük hesablı qələbə də gözləmək olardı. Amma futbol ona görə maraqlı və gözəldir ki, bir hücum edən də bu oyunu uda bilər.

- Zurab Oçiqava yenidən zədələndi. İlkin durumu necədir?
- Özünün dediyinə görə, əzələsində dartılma var. Müayinədən keçdikdən sonra dəqiq durumunu biləcəyik.

0