
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "İmişli" - "Qəbələ" oyunundan sonra "qonaqlar"ın baş məşqçisi Elmar Baxşıyevin iştirakı ilə mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyun haqda fikirlərini bildirib:
“Qəza keçirən PFL əməkdaşlarına Allahdan şəfa diləyirəm. Oyuna gəldikdə, maraqlı alındı. Üstünlük bizdə olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komanda əzmkarlıq göstərərək sonda qələbə qolunu vurdu. Futbolçularımı da başa düşürəm. Birinci Liqa klubları ilə oyunlarda üstün olursan. Amma rəqib də istəkli oynayır, müdafiə olunur. Bu tip oyunlarda hər epizodu dəyərləndirməlisən. Belə olmayanda, rəqib daha da özgüvənli oynayır. Üstünlüyümüz var idi. Lakin matçın belə çətin keçməsinin səbəbi epizodları dəyərləndirə bilməməyimiz idi.
- Oyunun əlavə vaxta gedəcəyini düşünürdüz?
- Əlavə vaxta da hazır idik. Bütün dünyada belədir, birinci liqa komandaları yüksək liqa təmsilçilərinə qalib gələ bilir. "İmişli"ni təbrik edirəm, yaxşı, mübariz kollektivdir. Onlara gələcəkdə uğurlar arzulayıram.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL