Emin Ağayev Ukrayna ilə müharibəyə gedə bilər - komissarlığa yollandı
28.09.2022 - 13:22
Emin Ağayev Ukrayna ilə müharibəyə gedə bilər - komissarlığa yollandı

Azərbaycan millisinin sabiq futbolçusu Emin Ağayev Rusiya Ordusunda xidmət edə bilər.

Apasport.az saytının azerisport.com-a istinadən məlumatına görə, 49 yaşlı futbol veteranı Ukraynayla müharibə ilə əlaqədar səfərbərlik çərçivəsində silahlı qoşunların sıralarına çağırılıb.

Qeydiyyatda olduğu rayon üzrə hərbi komissarlığa yollanan Ağayev zəruri müayinələrdən keçib. Ona lazım gələcəyi vaxt Ukrayna ilə müharibəyə yollanacağı bildirilib.

Qeyd edək ki, 1992-ci ildə “Neftçi” ilə Azərbaycan çempionu olan müdafiəçi sonradan Rusiyaya köçüb. Uzun illər oynadığı bu ölkədə vətəndaşlıq alan Ağayevi bir neçə mövsüm “Səbail”in məşqçilər korpusunda yer alıb.

2