Emre Can Demirci biabırçılıqdan qaçmaq üçün son şansı göstərdi
23.05.2022 - 10:42
Emre Can Demirci biabırçılıqdan qaçmaq üçün son şansı göstərdi

Almaniya və Şotlandiyada elitada qalmaq uğrunda pley-off oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Emre Can Demirci bu görüşlər üçün ekspress kupon təklif edir.

Türkiyəli mütəxəssis iki matçdan ibarət ideal hesab etdiyi proqnozlar verib.

“Hamburq” – “Herta”: “Herta”nın biabırçı mövsümü xilas etmək üçün son şansı qalıb. Evdəki matçda qapıçının səhvi ilə 0:1 məğlub oldular. Səfər qolu üstünlüyü olmadığı üçün Berlin təmsilçisinin bir qolu vəziyyəti dəyişə bilər. “Hamburq” isə mövsümün sonlarında forma yığmağa başladı. Bu komanda doğma “Volksparkstadion”da da qol vuracaq. Ancaq uğursuzluğa baxmayaraq, “Herta”nın heyəti də olduqca güclüdür. Son illər pley-offlarda adətən əsas Bundesliqa təmsilçiləri üstün olurlar. “Hamburq” yaxşı çıxış etsə də, müdafiəsi etibarlı görünmür. Bu üzdən revanşda qarşılıqlı qollar gözləyirəm.
Proqnozum: Q/Q

“Sent-Conston” – “İnverness”: Növbəti mövsüm Şotlandiya Premyer Liqasında çıxış edəcək son komanda bu cütlükdə bilinəcək. Elita təmsilçisi “Sent-Conston” ilk görüşdə təcrübəsi sayəsində 2 qol vursa da, ardıcıl toplar buraxaraq 2:2 ilə barışmalı olmuşdu. “İnverness”in isə zədəli müdafiəçiləri bu dəfə meydanda ola biləcək. Onlar oyunu əsasən müdafiədən quracaq. “Sent-Conston” isə uzun müddət yüksək tempdə oynamağı bacarmır. Bu cür matçlarda 1 qol həlledici ola bilər.
Proqnozum: ALT
 

0