Emreli 3 ay sonra ilk oyununa çıxdı
23.02.2026 - 00:42
Emreli 3 ay sonra ilk oyununa çıxdı

Almaniyada II Bundesliqanda XXIII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi "Kayserslautern" səfərdə "Proyssen Munster"lə qarşılaşıb.

Mahirin komandası 3:2 hesabı ilə qələbə qazanıb.

Emreli 88-ci dəqiqədə meydana daxil olub. Bu, Mahirin ötən ilin noyabrından bəri ilk oyunu olub.

Qeyd edək ki, “Kayserslautern” 37 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.