"Eqnatiya"nın idman direktoru: "Vüsalın transferindən gəlir əldə etdik" - Özəl
04.01.2024 - 14:34
"Eqnatiya"nın idman direktoru: "Vüsalın transferindən gəlir əldə etdik" - Özəl

"Vüsalın "Boluspor"a transferindən gəlir əldə etdik, amma məbləği açıqlaya bilmərəm, bu sirr olaraq qalmalıdır".

Bu sözləri Albaniyanın “Eqnatiya” klubunun idman direktoru Kleydi Zenelay apasport.az saytına açıqlamasında deyib. 

Albaniyalı klub rəsmisi Vüsal İsgəndərlinin “Boluspor”a keçidini şərh edib:

“Bəli, Vüsal artıq “Boluspor”da oynayacaq. Artıq Türkiyə klubu ilə rəsmi olaraq anlaşdıq və keçid baş tutdu. Vüsalı istəyən tək komanda “Boluspor” deyildi. Onun üçün çox təkliflər almışdım. Hətta Rusiyadan da Vüsalı israrla istəyən klub var idi. Amma futbolçu özü sonda Türkiyəyə, “Boluspor”a yollanmağa qərar verdi. Təbii ki, biz də Vüsalın transferindən müəyyən gəlir əldə etdik. Amma məbləği açıqlaya bilmərəm. Çünki bu, hər zaman sirr olaraq qalmalıdır”.

Klubun idman direktoru Vüsalın gedişini şərh edib və onun “Boluspor”da da uğurlu çıxış edəcəyinə inandığını dilə gətirib: “Vüsalla işbirliyi xoş idi. Komandamıza gələndən bu yana da ən yaxşısı üçün meydanda əlindən gələni edirdi.

Vüsal “Eqnatiya”ya nə verdi? Onunla müqavilə imzalamamışdan qabaq, nə gözləyirdiksə, onu da verdi. Bundan sonra da diqqətini meydandakı oyuna yönəltsə, bacardığını etsə, “Boluspor”da da uğur qazana biləcək”.

Zenelay, bundan sonra azərbaycanlı futbolçulara maraq göstərib-göstərməyəcəkləri barədə bunları söyləyib:

“Bu bazarda bizimlə işləyən iki futbol agentimiz var. Ona görə də bizim heyətimizə uyğun ola biləcək yaxşı oyunçuların siyahısına həmişə baxırıq, diqqət edirik. Azərbaycanlı futbolçuların olub-olmaması da bundan asılıdır. Digər oyunçuların transferi vəziyyətdən asılıdır. Gələcəkdə hər şeyi görəcəyik”.

0