Fransa millisinin müdafiəçisi Lukas Ernandes dünya çempionatının yarımfinal mərhələsində Belçika ilə keçiriləcək oyunu dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, cinah oyunçusu rəqibin ən təhlükəli oyunçusunun Eden Azar olduğunu söyləyib.
Lakin 22 yaşlı futbolçu Azardan çəkinmədiklərini deyib: “Müdafiədə işimiz inanılmaz idi. Rəqib qapımıza qol vurmaq üçün çox çalışdı. Eden Azar? Biz Argentina yığması üzərində qələbə qazanaraq, dünyanın ən güclü futbolçusunu artıq evinə göndərmişik. Messiyə topa toxunmaq imkanı vermədik. Ümid edirəm ki, Azar da eyni durumla üzləşəcək”.
Qeyd edək ki, Fransa – Belçika oyunu iyulun 10-da keçiriləcək.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub