Ev sahiblərinin günü - KUPON
11.06.2022 - 10:51
Ev sahiblərinin günü - KUPON

Millətlər Liqasında qrup mərhələsinin oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Denis Nalivayko bu matçlara ekspress kupon hazırlayıb.

Rusiyalı mütəxəssisin seçdiyi 3 matçdan ikisi bu gün, biri isə sabah baş tutacaq. O, son vaxtlar yaxşı formada olan Ukrayna yığmasının Ermənistan üzərində qələbəsinə əmindir. Lui van Qalın Niderlandını hücum aspektində çox bəyənən Nalivayko onların da doğma arenada Polşanı məğlub edəcəyinə şübhə etmir.

Mütəxəssisin fikrincə, sabahkı Norveç – Sloveniya matçında birincilərin hücumçusu Erlinq Halandın günü olacaq və komandası mütləq qalib gələcək.

Denis Nalivaykonun təqdim etdiyi kupon 2,85 əmsaldır.

Ukrayna – Ermənistan: 1
Niderland – Polşa: 1
Norveç – Sloveniya: 1

0