Əvəzedicilər Liqası: XIII tura yekun vurulub
09.12.2025 - 00:21
Əvəzedicilər Liqası: XIII tura yekun vurulub

Əvəzedicilər Liqasında XIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.

"Kəpəz-2" öz meydanında "Şamaxı-2" ilə üz-üzə gəlib.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvəzedicilər Liqası
XIII tur

“Kəpəz-2” – “Şamaxı-2” 3:1

Qollar: Kresus Donqo, 45; 57. Raul Nağıyev, 77-öz qapısına – Enar Ağalarov, 82.

Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Turun digər oyunları:
“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 2:0
“Qəbələ-2” – “Sabah-2” 2:2
“Neftçi-2” – “Turan Tovuz-2” 1:0
“Zirə-2” – “Sumqayıt-2” 3:1